...

"Nargis" jurnalının baş redaktoru Gürcüstanın məşhur "Nanukas Show" televiziya verilişinin qonağı olub

Mədəniyyət Materials 27 Fevral 2014 20:35 (UTC +04:00)
Azərbaycanda nəşr olunan “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova Gürcüstanın məşhur “Nanukas Show” televiziya verilişinin qonağı olmuşdur.
"Nargis" jurnalının baş redaktoru Gürcüstanın məşhur "Nanukas Show" televiziya verilişinin qonağı olub

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycanda nəşr olunan "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova Gürcüstanın məşhur "Nanukas Show" televiziya verilişinin qonağı olmuşdur.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Ülviyyə Rəhmanova "Nargis" jurnalının hazırda Gürcüstanda təqdimatını keçirir. Verilişdə "Nargis" jurnalının yaranmasından danışan Ülviyyə Rəhmanova bildirmişdir ki, təqdimatla əlaqədar jurnalın "Welcome to Georgia" əlavəsi hazırlanmışdır. "Jurnalın sonuncu nömrəsində biz Gürcüstan, Tbilisi şəhəri, həm gürcü, həm də azərbaycanlı istedadlar haqqında yazmışıq. Bizim gürcü xalqı ilə oxşar cəhətlərimiz çoxdur. Mədəniyyətimiz, mətbəximiz, mübarizlik ruhumuz çox bənzərdir", - deyə Ü.Rəhmanova qeyd etmişdir.

Nəşr haqqında danışarkən baş redaktor bildirmişdir ki, jurnal Azərbaycanın birinci xanımı tərəfindən də bəyənilir və onun birinci nömrəsində ilk fotosessiya məhz Mehriban Əliyevanın iştirakı ilə olmuşdur.

O, həmçinin təqdimat çərçivəsində moda nümayişinin keçiriləcəyini və geyimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi ornamentlərdən istifadə olunduğunu demişdir.

Ü.Rəhmanova bildirib ki, jurnalı anasının şərəfinə adlandırıb və çox istərdi ki, nəşr anası kimi daxilən zəngin və hərtərəfli olsun.

Sonda Ü.Rəhmanova verilişin aparıcısına Azərbaycan xalçası və kəlağayı hədiyyə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti