...

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının beynəlxalq münsiflər heyətinin tərkibi açıqlandı

Mədəniyyət Materials 24 İyun 2014 13:05 (UTC +04:00)
25-29 iyun 2014-cü il tarixlərində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festivalın müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaq.
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının beynəlxalq münsiflər heyətinin tərkibi açıqlandı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

25-29 iyun 2014-cü il tarixlərində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festivalın müsabiqə proqramında 37 ölkədən 68 film mübarizə aparacaq.

Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycandan (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov), 4 üzvü isə xarici ölkələrin təmsilçiləridir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).

Münsiflər heyətinin sədri Ayaz Salayevdir.

Qeyd edək ki, beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə - Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul
II yerə - Gümüş mükafat - diplom və mükafat
III yerə - Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.
Festivalın ən yaxışı filminə isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi tərəfdaşı JW Marriot Absheron Baku, informasiya dəstəkçiləri İctimai Televiziya, APA Holdinqdir. Festivalın təşkilati işlərini Azanfilm studiyası həyata keçirir.

Proqramla və münsiflər heyətinin üzvləri ilə daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti