...

Azərbaycanın tanınmış kinorejissoru Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək

Mədəniyyət Materials 13 Oktyabr 2014 17:37 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası 2014-cü ilin noyabrında Şəki şəhərində Azərbaycanın tanınmış kinorejissoru, kinooperatoru, ssenaristi, respublikanın xalq arsisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.
Azərbaycanın tanınmış kinorejissoru Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Mətbuat Şurası 2014-cü ilin noyabrında Şəki şəhərində Azərbaycanın tanınmış kinorejissoru, kinooperatoru, ssenaristi, respublikanın xalq arsisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.

Şuradan Trend-ə verilən məlumata görə, məqsəd həyatın müxtəlif sahələrinə aid düşündürücü, tamaşaçıları ictimai əhəmiyyət daşıyan problemlərin həllinə istiqamətləndirən ekran əsərlərinin çəkilişinə töhfə vermək, mövcud istiqamətdə araşdırmaçı yaradıcılıq dəstxətini stimullaşdırmaqdır.

Təqdim olunan filmlər üçün aşağıdakı xüsusiyyətlər nəzərə alınacaq:

- Mövzunun aktuallığı;
- Bədii-publisistik duyum;
- Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın dolğunluğu;
- İfadə vasitələrinin zənginliyi;
- İnformasiyalılıq.

Qiymətləndirmə Mətbuat Şurasının yaratdığı və tərkibi tanınmış kino mütəxəssislərinin və jurnalistlərin daxil olduğu münsiflər heyəti tərəfindən aparılacaq.

Təqdim olunmuş sənədli filmlər bir neçə nominasiya üzrə mükafatlandırılacaq. Bunlar aşağıdakılardır:

- Ən yaxşı mövzu seçimi;
- Ən yaxşı ssenarist işi:
- Ən yaxşı rejissor işi;

Xüsusi mükafat - 1 film

Mükafatlar noyabrın 25-də Şəki şəhərində keçiriləcək və Rasim Ocaqovun xatirəsinə həsr olunacaq sənədli filmlər festivalında təqdim ediləcək.

Müsabiqəyə 40 dəqiqəyə qədər davamiyyət müddəti olan filmlər buraxılacaq. Qəbul 15 oktyabr 2014-cü il tarixdən 15 noyabr 2014-cü il tarixədək hər gün saat 10:00-dan 17:00-dək Azərbaycan Mətbuat Şurasının ofisində aparılacaq.

Təqdimat zərfinə əlavə olunmalıdır:

- Film (diskdə);
- Filmin qısa məzmunu barədə bildiriş;
- Təqdim edən şəxsin tərcümeyi-halı;
- Təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 96
(050) 534 93 26

Məqalədə:
Xəbər lenti

Xəbər lenti