...

İsraildə yeni Azərbaycan Mədəniyyət Mərkəzi

Mədəniyyət Materials 7 Yanvar 2015 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

2007-ci ilin aprelində yaradılan "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası onlarla müxtəlif layihələr hazırlayıb və həyata keçirib. Lakin onlardan birincisi Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasıdır. Bu barədə Trend-ə Azİz-dən məlumat verilib.

Məlumatda deyilir ki, mərkəzin yaradılması üçün yer kimi Afula seçilib. Demək olar ki, mərkəz 8 il ictimai əsaslarla fəaliyyət göstərirdi və bir çox halda onun direktoru Yeganə Salmanın ruh yüksəkliyi və məqsədyönlülüyü sayəsində mövcud idi.

Və budur, nəhayət, mərkəzin keyfiyyətcə yeni səviyyəyə keçməsi üçün fürsətin yarandığı an gəlib çatdı. Afula şəhərinin birinci vitse-meri Mixail Barkanın təşəbbüsü ilə mərkəzə yeni bina ayrıldı. Heydər Əliyev Fondunun köməyi və dəstəyi ilə Azərbaycanın hərtərəfli mədəniyyətindən və çoxəsrlik tolerantlığından bəhs edən ekspozisiya yaratmaq mümkün oldu. Ayrı-ayrı ekspozisiyalar Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev və işğal edilmiş Dağlıq Qarabağ faciəsi haqqında danışır.

Yanvarın 6-da yeni mərkəzdə ilk tədbir keçirildi. Təşkilatçılar İsrailin bütün ərazisini cənginə almış güclü külək və şiddətli yağış səbəbindən iştirakçıların sayının az olacağından narahat olsalar da, bu baş vermədi. Gələnlərin sayı o qədər çox idi ki, bəziləri ayaq üstə dayanmalı oldu.

Mərkəzdə ilk dəfə olan tamaşaçıların əksəriyyəti ekspozisiyalarla maraqla tanış olurdu və "Natali" qənnadı firmasının şirniyyatlarına qonaq edilirdi.

Tədbirin əsas hissəsi əfsanəvi bakılı, politoloq, 90-cı illərin əvvəllərində İsrailin SSRİ-dəki konsulluğunda öz işi ilə bir çox repatriantlara tanış olan Aleks Vekslerlə yaradıcılıq görüşünə həsr olundu.

Tamaşaçı A.Vekslerlə görüşləri çox sevir. Çünki o, radio və televiziya proqramlarında siyasi analitik kimi çıxış edir və yalnız burada, canlı ünsiyyətdə onun ünsiyyət çərçivələrini genişləndirmək və 70-ci illər Bakısında və 80-ci illər Qüdsündə öz həyatının maraqlı anlarından danışmaq imkanı var.

A.Vekslerlə görüş başlamazdan əvvəl toplaşanları fəxri qonaqlar salamladı. Afulanın vitse-meri M.Barkan öz çıxışında İsrailin Azərbaycandakı səfiri postunda işlədiyi illəri xatırladı və bu dövrü həyatının ən yaxşı illəri adlandırdı.

Mərkəzin direktoru Y.Salman isə çoxsaylı layihələr və gələcək planlar barədə danışdı. Burada alim, jurnalist, şair, yazıçı və ictimai və siyasi xadimlərlə yaradıcılıq görüşləri keçiriləcək, filmlər nümayiş olunacaq. Həmçinin, artıq dərnəklər, studiya və seksiyalar işə başlayıb: bal və xalq rəqsləri, ivrit və Azərbaycan dili sinifləri və s. fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti