...

Daha bir məşhur türk aktyor Bakıya gəlir

Mədəniyyət Materials 9 Fevral 2015 14:54 (UTC +04:00)
Məşhur Türkiyəli aktyor Murat Yıldırım Bakı gəlir.
Daha bir məşhur türk aktyor Bakıya gəlir

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Məşhur Türkiyəli aktyor Murat Yıldırım Bakı gəlir.

Trend xəbər verir ki, M.Yıldırımın Bakıya səfərinin səbəbi "28 Cinema"da keçiriləcək, mövsümün gözlənilən türk filmi olan "Kırımlı"nın premyerasıdır. Filmin premyera nümayişi və Qala gecəsi fevral ayının 13-də saat 20:30-da baş tutacaq.

Qala gecədə Türkiyəli qonaq ilə yanaşı ölkəmizin məşhur simaları , çoxlu sayda media nümayəndələri iştirak edəcək. Tədbirdə iştirak yalnız dəvətnamə ilədir. Dəvətnamələrin qiyməti 15 AZN-dır. Dəvətnamələr kinoteatrın kassalarından, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə etmək mümkündür.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti