...

"Muğam aləmi" festivalı 4-cü dəfə keçiriləcək

Mədəniyyət Materials 25 Fevral 2015 16:07 (UTC +04:00)
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı keçiriləcək.
"Muğam aləmi" festivalı 4-cü dəfə keçiriləcək

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək.

2015-ci ilin 11-18 mart tarixində Azərbaycanda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadədir.

Qeyd edək ki, festival çərçivəsində Beynəlxalq Elmi Simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV Beynəlxalq Muğam Müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti