...

"Eurovision" iştirakçıları Bakıda duet oxudular (FOTO+VİDEO)

Mədəniyyət Materials 1 Aprel 2015 18:41 (UTC +04:00)
"Bu mənəm-2" layihəsinin maraqlı duet ortaqlarından biri “Avroviziya” yarışmasının qalibi Eldar Qasımov və “Uşaq Avroviziya” yarışmasının azərbaycan təmsilçisi Rüstəm Kərimovdur.
"Eurovision" iştirakçıları Bakıda duet oxudular (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Tural Turan/

"Bu mənəm-2" layihəsinin maraqlı duet ortaqlarından biri "Avroviziya" yarışmasının qalibi Eldar Qasımov və "Uşaq Avroviziya" yarışmasının azərbaycan təmsilçisi Rüstəm Kərimovdur.

"Gülümsə" mahnısı ilə hər kəsi yalnız gülümsəməyə dəvət edən cütlüyün studiyada səs yazması da maraqlı keçib. Layihə rəhbərləri və hər bir mahnının musiqi müəllifləri Bəbir və Ülviyyə Bəbirli bildirib: "Eldar mahnının aranjimanından tutmuş, məşq proseslərinə kimi bizimlə oldu. Digər həmkarları qədər böyük həvəslə layihəyə dəstək oldu".

Qeyd edək ki, mahnının sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.

R.Kərimov fortepiano dərsləri alır. Hər il Rəşid Behbudova həsr olunmuş yubiley konsertlərində iştirak edir. "Böyük səhnə" müsabiqəsində qonaq qismində çıxış edib. 2013-cü ildə Azərbaycanı "Uşaq Avroviziya" müsabiqəsində layiqli şəkildə təmsil edib.

Başa çatmaqda olan "Bu mənəm-2" - istedadlı uşaqlara dəstək göstərən sənətçilər arasında E.Qasımovla yanaşı, Tünzalə Ağayeva, Samira Allahverdi, Lalə Məmmədova, Təranə Mahmudova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti