...

Fransız karikaturaçı “Charlie Hebdo”-dan gedir

Mədəniyyət Materials 19 May 2015 12:45 (UTC +04:00)
Gündəlik “Charlie Hebdo” qəzetində işləyən fransız rəssam Renal Lyuzye bildirib ki, sentyabrda qəzetdən gedir. Trend-in “TASS”-a istinadən verdiyi məlumata əsasən, bu barədə “AFP” agentliyi xəbər verir.
Fransız karikaturaçı “Charlie Hebdo”-dan gedir

Azərbaycan, Bakı, 19 may /Trend/

Gündəlik "Charlie Hebdo" qəzetində işləyən fransız rəssam Renal Lyuzye bildirib ki, sentyabrda qəzetdən gedir. Trend-in "TASS"-a istinadən verdiyi məlumata əsasən, bu barədə "AFP" agentliyi xəbər verir.

"İlham ala bilmədiyi" üçün bu janrda işləməyin çətin olduğunu etiraf edən karikaturaçı bildirib: "Bu şəxsi seçimdir. Bir neçə aydan sonra "Charlie Hebdo"-da olmayacağam, ancaq mən həmişə Şarli olaraq qalacam".

R.Lyuzye xüsusilə Məhəmməd peyğəmbərə çəkdiyi karikatura ilə məşhurdur. Karikatura bu ilin yanvar ayında terroristlərin redaksiyaya hücumundan sonra "Charlie Hebdo"-nun ilk sayında çıxmışdı.

Aprelin sonunda rəssam bildirib ki, daha peyğəmbərə karikatura çəkməyəcək.

O bildirib ki, "Charlie Hebdo"-da işlərini başa çatdırdıqdan sonra özünü kitablara həsr etmək və "yenidən İncili oxumaq" niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti