...

Azərbaycanlı tələbə Türkiyədə beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Mədəniyyət Materials 8 İyun 2015 17:26 (UTC +04:00)
Azərbaycanlı tələbə Türkiyədə keçirilən beynəlxalq müsabiqənin qalibi olub.
Azərbaycanlı tələbə Türkiyədə beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanlı tələbə Türkiyədə keçirilən beynəlxalq müsabiqənin qalibi olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 3-dən 6-dək Türkiyədə keçirilən beynəlxalq müsabiqədə nazirliyin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi fərqlənib.

Musiqi Kollecində "Fortepiano" ixtisası üzrə təhsil alan III kurs tələbəsi Eldəniz Ələkbərzadə İzmir şəhərində Mosart adına Musiqi Akademiyasının keçirdiyi Gənc fortepiano ifaçılarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb. Gənc ifaçı müsabiqənin qızıl medalı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti