...

Azərbaycanda “Nobel qardaşları” haqqında film çəkilir

Mədəniyyət Materials 29 İyun 2015 11:08 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir.
Azərbaycanda “Nobel qardaşları” haqqında film çəkilir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Nobel qardaşları" kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Postskriptum" adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb. Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti