...

Şəkidə ilk dəfə nağara festivalı keçiriləcək

Mədəniyyət Materials 6 Avqust 2015 12:54 (UTC +04:00)
"Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək.
Şəkidə ilk dəfə nağara festivalı keçiriləcək

Azərbaycan, Bakı, 6 avqust /Trend/

2015-ci ilin 22-26 avqust tarixlərində Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək. Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyətin və "ALMUS Production" şirkətinin təşkilatçılığı ilə keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məhşur ritm ifaçıları iştirak edəcəklər.

Avqustun 22-də festivalın təntənəli açılış mərasimi keçiriləcək. Avqustun 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və "Abbos" qrupunun, 24-də İranı təmsil edən "Lian" qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupunun konsertləri olacaq. Avqustun 26-da isə "Natiq ritm" qrupunun konserti və "Nağara 2015" Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi keçiriləcək.

Konsertlər Şəki şəhərindəki Yaşıl Teatrda keçiriləcək.

Bundan başqa, 23, 24, 25 və 26 avqust tarixlərində Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, "Lian" qrupu və Suat Borazanın master klassları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti