...

“The Beatles” qrupunun studiya ilə ilk müqaviləsi auksiona çıxarılacaq

Mədəniyyət Materials 20 Avqust 2015 00:41 (UTC +04:00)
Məşhur Britaniya qrupu “The Beatles”-in səsyazma studiyası ilə ilk müqaviləsi sentyabrda Nyu Yorkda “Heritage” auksion evində satışa çıxarılacaq.
“The Beatles” qrupunun studiya ilə ilk müqaviləsi auksiona çıxarılacaq

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Məşhur Britaniya qrupu "The Beatles"-in səsyazma studiyası ilə ilk müqaviləsi sentyabrda Nyu Yorkda "Heritage" auksion evində satışa çıxarılacaq.

Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Müqavilə 1961-ci ildə kvartetin Almaniyada çıxışı zamanı bağlanıb.

Müqaviləni Con Lennon, Pol Makkartni, Corc Harrison və Pit Best imzalayıb.

Auksion evi sənədin satışından 150 min dollar əldə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti