...

“Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub (FOTO,VİDEO)

Mədəniyyət Materials 4 Sentyabr 2015 11:20 (UTC +04:00)
Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan “Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub.
“Qanlı Yanvar” filminin Monreal festivalında nümayişi uğurla baş tutub (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan xalqının azadlıq mübarizəsinin, onilliklər boyu gizlədilən tarixi həqiqətlərini dünyaya çatdırılması baxımından böyük əhəmiyyətə malik olan "Qanlı Yanvar" filminin Monreal festivalında nümayişi uğurla baş tutub.

Trend-in məlumatına görə, filmin nümayiş premyerasında festivalın prezidenti Serj Lozik, kommunikasiya direktoru Henri Vels və digər nümayəndələr də iştirak ediblər.

Rejissor Vahid Mustafa Yevin şahidi olduğu faktlar əsasında çəkdiyi "Qanlı Yanvar" filmi nümayişdən sonra mükafata layiq görülüb. Diplom festivalın prezidenti Serj Lozik tərəfindən kinorejissor Vahid Mustafa Yevə şəxsən təqdim edilib.

Festivalın prezidenti "Qanlı Yanvar" filminin layiq görüldüyü diploma rejissor Vahid Mustafa Yevə şəxsən təqdim etməkdən qürur duyduğunu deyib.

Serj Lozik uzaq bir ölkədən gələn bir filmin onların ölkəsində nümayiş etdirilməsini nadir hal kimi qiymətləndirib. O, Azərbaycanı böyük mədəni irsə və tarixə malik olan bir ölkə kimi tanıdığını dilə gətirib. Serj Lozik gələcəkdə bu cür filmlərin nümayişinə daha çox yer verəcəklərini bildirib.

Rejissor Vahid Mustafa Yev bu xüsusi diplomun onun üçün deyil, bütün Azərbaycan üçün olduğunu bildirib.

"Fəxr edirəm ki, Azərbaycan kinomotoqrafiyası belə yüksəklərə gəlib çatıb. Düşünürəm ki, bu filmin Kanadada nümayişi Azərbyacan həqiqətlərini bütün dünyaya çatdırmağa kömək edəcək. Həmçinin bizim kinomotoqrafın da burada olması böyük bir məsələdir" - deyə rejisyor festivalla bağlı öz fikirlərini bildirib.

Ümumilikdə, bu il keçirilən 39-cu Monreal Beynəlxalq Film Festivalında 65-dən çox ölkə filmini nümayişə çıxaracaq. Azərbaycanı isə bu festivalda yalnız "Qanlı Yanvar" filmi təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti