...

Bu dəfə Şəmkir Bakı sakinlərinə tanıdılacaq

Mədəniyyət Materials 21 Sentyabr 2015 10:16 (UTC +04:00)
“Bölgələrdən paytaxta” adlı yeni layihə Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
Bu dəfə Şəmkir Bakı sakinlərinə tanıdılacaq

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elmir Murad/

"Bölgələrdən paytaxta" adlı yeni layihə Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində sentyabrın 21-də, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şəmkirə həsr olunmuş tədbir keçiriləcək.

Qeyd edək ki, 2015-ci il ərzində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy və İsmayıllı rayonlarının Bakı şəhərində təqdimatları keçirilib. Bu ilin sonunadək Xaçmaz, Zaqatala rayonlarına və Gəncə şəhərinə həsr edilən tədbirlərin təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti