...

"28 Cinema"da yeni türk komediyası

Mədəniyyət Materials 30 Sentyabr 2015 17:12 (UTC +04:00)
“Yok Artık” filmi oktyabr ayının 1-dən etibarən nümayiş olunacaq
"28 Cinema"da yeni türk komediyası

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycanın premium kinoteatrı "28 Cinema" Türkiyə istehsalı olan yeni komediya ilə kino həvəskarlarını sevindirməyə tələsir. Belə ki, "Yok Artık" filmi oktyabr ayının ilk günündən etibarən kinoteatrda nümayiş olunmağa başlayacaq.

Film Fikrət adlı taksi sürücüsünün hekayəsi haqqındadır. Fikrət həmişə olduğu kimi səhər işə getmək üçün evdən çıxır. Pilləkəndə isə ayağını burxudur və söyə-söyə taksi dayanacağına, iş yoldaşlarının yanına gedir. Burada o, müştəri gözləyənə kimi Almaniyada yeni evlənmiş əmisi oğlunun məzəli əhvalatını danışmağa başlayır.

Film zəngin aktyor heyətinə malikdir. Filmin rejissoru isə Caner Özyurtludur.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Cappuccino coffee house" və "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti