...

Gəncə yazarlarına vəsiqələr təqdim olundu (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2015 14:31 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində Nizami Poeziya gününə həsr olunmuş tədbir keçirilib.
Gəncə yazarlarına vəsiqələr təqdim olundu (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində Nizami Poeziya gününə həsr olunmuş tədbir keçirilib.

AYB-nin Gəncə Bölməsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri Xəzangül açaraq dahi Nizami Gəncəvinin əsərlərindəki bədiilikdən, elmdən, fəlsəfədən danışaraq onun hərtərəfli poezyasından misallar çəkib.

Qüvvət elmdədir özgə cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!

- belə bəşəri ideyalarla zəngin olan Nizami poeziyası daim yaşayacaq.

Tədbirə toplaşanlar Nizami poeziyasından əzbər nümunələr söylədilər. Tədbirdə daha bir sevinc anları yaşanıb.

Belə ki, AYB-yə üzv qəbul olunanlara vəsiqələr verilib. Firdovsi Faxralı, Pirverdi Hüseynov, Qivami Qazıyev, Ramiz Temkin, İradə Aytel, Oğuz Aydın İttifaqa üzv olunduqları üçün sevinclərini bölüşdülər, daha gözəl əsərlər yazacaqlarını bildiriblər.

Gəncə ədəbi mühitində 19 yaşlı Universitet tələbəsi Oğuz Aydının belə bir şərəfli ada layiq görüldüyü hər kəsin ürəyincə olub. Onun istedadlı şair kimi yetişəcəyinə inamlı sözlər səsləndirilib.

Tədbirdə iştirak edən yazıçı və şairlərdən Qərib Mehdi, Aydın Murovdağlı, Sahib İbrahimli, İnqilab İsaq, Fərruxə Pərişan, Ümbülbanu, Fazil Sənan, Bayram Göyçəli, Rəhim Qurbani, Saleh Qurbanov, İmam Cəmilli, Şəfa Vəli, Solmaz Şəms, Samirə Səma, Ceyhunə Mehmanqızı, Xasay Qərvəndli, Firəngiz İdrisqızı, Nadir Ovçu, Səadət Bulud, Gülnarə Sadiq, Aləmzər Əlizadə və başqaları poeziya günü münasibətilə təbriklərini çatdırıblar.

Yazıçılar Birliyinə üzv qəbul olunanlar onlara göstərilən etimada görə, AYB rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, yeni əsərlərindən nümunələr oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti