Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Vüqar İmanov/
"Baku Fashion Night 2015" modasının dördüncü həftəsi keçirilərkən Ukraynanın yeni "VoleeYu" brendi təqdim olunacaq. Bunu Trend-ə "FMS Models"in mətbuat xidmətindən deyiblər.
Moda həftəsi oktyabrın 16-18-də Bakıda keçiriləcək.
"VoleeYu" dəri geyimləri kolleksiyasını təqdim edəcək. Bu geyimlər, xüsusilə gözəl və zərif görünür, sosial statusu göstərir və xüsusi imic yaradır.
"Baku Fashion Night" layihəsi ildə iki dəfə mövsüm üzrə keçirilir: Payız-Qış və Yaz-Yay. Tədbir "Excelsior Hotel & SPA" hotelinin və İD FASHİON CHANEL telekanalının dəstəyi ilə "FMS Models" məktəbi tərəfindən təşkil edilib. Layihənin əsas sponsoru "Mercedes BENZ" şirkətidir.
İnformasiya dəstəyi: Trend, Day.az, Milli.az