...

Azərbaycan ilk dəfə Oslo Dünya Musiqi Festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2015 12:19 (UTC +04:00)
Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan “Oslo Dünya Musiqi Festivalı” keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.
Azərbaycan ilk dəfə Oslo Dünya Musiqi Festivalında təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan "Oslo Dünya Musiqi Festivalı" keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, Azərbaycan musiqiçiləri bu il ilk dəfə "Oslo Dünya Musiqi Festivalı"na dəvət alıb. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib. Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub.

Konsertini təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və "Oslo Dünya Musiqi Festivalı" təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub. Anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Ramil Əliyev Azərbaycanın gələcəkdə də "Oslo Dünya Musiqi Festivalı"nda iştirakını təmin etmək, musiqimizi beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti