...

Bu dəfə Bakıdakı "Qu gölü" qadınlar gününə həsr olunacaq

Mədəniyyət Materials 22 Fevral 2016 13:59 (UTC +04:00)
Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotor Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.
Bu dəfə Bakıdakı "Qu gölü" qadınlar gününə həsr olunacaq

Bakı. Trend:

Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotor Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək. Opera və Balet Teatrının Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraq göstərdiyi bu baletin tamaşası 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunacaq.

Tamaşada Odetta-Odilliya rolunu ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının prima-balerinası, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Lyüdmila Xitrova dəvət olunub. L.Xitrova dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir kimi ölkələrdə qastrol səfərlərində olub. Bakıdakı çıxışı isə onun şəhərimizə ilk gəlişi olacaq.

Onun tərəf-müqabili Şahzadə Ziqfrdi rolunu Belorusun Əməkdar Artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Oleq Yeromkin ifa edəcək.

Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti