...

Musiqi məktəbinin şagirdlərinin Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Fevral 2016 19:11 (UTC +04:00)
Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbi şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti təşkil olunub.
Musiqi məktəbinin şagirdlərinin Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 22-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına Konsert salonunda Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbi şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti təşkil olunub.

İttifaqın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri açıq elan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu cür tədbirlərin sözügedən məkanda təşkil olunmasının ənənəvi hal aldığını qeyd edib və bildirib ki, gənc nəslə qayğının göstərilməsi ABİ-nin fəaliyyətinin ana xəttini təşkil edir.

Sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova da gənc musiqiçilərə uğurlar arzulayıb.

Daha sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Ü.Hacıbəylinin "Ey vətən" əsərini, "Arşın mal alan" musiqili komediyasından "Üvertüra"nı, "Əsgərin ariyası"nı, "Sevgili canan" romansını, "Arşın mal malan" musiqili komediyasından Gülçöhrənin arıyasını dinləyiblər.

Konsertdə, həmçinin məktəbin kiçik simfonik orkestrinin müşayiəti ilə "Koroğlu" operasının "Üvertüra"sı, "Aşıqsayağı", o cümlədən bəstəkar Vasif Allahverdiyevin "Qarabağ balladası" ifa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti