Bakı. Trend:
Argentinanın Azərbaycandakı səfirliyində Azərbaycan Turizm Assosiasiyası (icraçı direktor Aytən Əliyeva), Azərbaycan Mlli Geyim Mərkəzi (Gülnarə Xəlilova) və "Artishok" agentliyi (Fəxrəndə Həsənzadə) tərəfindən təşkil olunmuş Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirin ideyası Nabat Aşurovaya məxsusdur.
Trend-in məlumatına görə, tədbirdə iyirmiyə yaxın diplomatik missiya rəhbərinin xanımı Azərbaycanın milli geyimlərində Novruz bayramının adətləri, milli mətbəximizin təamları ilə səməni, xonça ətrafında bir daha tanış olublar.
Trend bu maraqlı tədbirdən fotogörüntüləri təqdim edir.