Atama məktub və ya etiraflı təbrik - Günel Anarqızı yazır

Atama məktub və ya etiraflı təbrik - Günel Anarqızı yazır

Günel ANARQIZI

Salam, əziz ata

Yadındadır, nə vaxtsa "Atama məktub" hekayəsini bu sözlərlə başlamışdım. O zamanlar çoxları elə bilmişdi ki, bu hekayədə sənə müraciət edib yazını sənə ünvanlayıram. Oxuyub başa çatdırandan sonra artıq anlayırdılar ki, bu, bir metaforadır və söhbət insandan yox torpaqdan gedir. Ancaq indi mən etiraflarımdan birincisini etmək istəyirəm. Əslində, mən o hekayəni də, yazdığım başqa əsərləri də birinci növbədə səni, atamı, Anarı düşünərək qələmə almışam. Əlbəttə, desəm ki, onların hamısını sənə ünvanlamışam yalan olar. Ancaq istənilən yazını bitirərkən mütləq: "Görəsən, atamın buna münasibəti necə olacaq? Bəyənəcəkmi, yoxsa bir balaca tənqid edib müəyyən düzəlişlərin olmasını məsləhət görəcək?" fikirləri dərhal ağlıma gəlir. Yəqin ki, bu normaldır, çünki sən mənim üçün hər zaman təkcə ədəbiyyatda deyil, həm də istənilən sənət sahəsində yüksək bədii zövqə malik danılmaz nüfuz sahibi, əsas meyar, ən qiymətli məsləhətçi, həmfikir və həmdərdsən.

Hər gün görüşməsək də ən azı telefonla danışırıq. Halbuki, sən telefonla danışmağı, ümumiyyətlə, uzun-uzadı söhbətlər etməyi xoşlamırsan. Qiymətli vaxtını daha lazımlı işlərə sərf etməyə vacib bilirsən. Məsələn, vaxtını, daha doğru desəm bütün varlığını yalnız özünəməxsus, qeyri-adi və heç kəsə bənzəməyən, sadə və oxunaqlı səlis Azərbaycan dilində yazılan bədii əsərlərinə, yaradıcılığa yenicə qədəm basmış istedadlı gənclərə, eləcə də artıq bəşəriyyətin tarixində iz buraxmış məşhur insanlara ithaf olunmuş esselərin qələmə alınmasına, bütöv elmi araşdırma institutlarının görə biləcəyi fundamental tədqiqat işlərinin təkbaşına yerinə yetirilməsinə, xalqımızın bilik və dünyagörüşünün artırılmasına xidmət edən və əsl maarifçilik missiyasını daşıyan kino və televiziya filmlərinin ssenarilərinin, müəllif verilişlərinin yaranmasına, çoxşahəli ictimai fəaliyyətə, müxtəlif səpkili və istiqamətli yüzlərcə dəyərli işlərin ərsəyə gətirilməsinə, saysız-hesabsız, adlarını belə unutduğun insanlara usanmadan kömək etməyə və daha nələrə nələrə... Arada bir eyvanda oturub qəlyanını tüstülədə-tüstülədə doğma şəhərimizin tədricən yadlaşan mənzərəsini seyr etməyə həsr edirsən...

Əlbəttə, mən də, bütün ailə üzvlərin də sənin bu həyatda ağır bir yükün altına girib onu təkbaşına, fədakarcasına daşıdığının fərqindədir. Axı yeniyetməlikdə zarafatyana elan etdiyin "Siz hamınız mən tək!" çağırışı ömrün boyu səni müşayiət edən həyat şüarına, kredona çevrilib. Biz də səni hər zaman iş başında, fəaliyyətdə, saya gəlməyən tədbirlərdə, iş görüşmələrində və səfərlərdə görməyə alışmışıq və hətta onu da etiraf edim ki, səni bunsuz təsəvvür etmək belə istəmirik. Çünki bu, sənin həyat tərzin, səni yaşadan və millətinə dayanmadan, yorulmadan xidmət etməyə kömək edən ömür ritmin və fəlsəfəndir. Bəzi hallarda bizimlə ünsiyyətin hesabına olsa belə. Amma bir şeyi də etiraf etmək istəyirəm. Həyatımın iyirmi ilini səninlə bir dam altında yaşasam da, ömrümün böyük hissəsini səninlə müxtəlif görüşlərdə və səfərlərdə keçirsəm də, maraqlarımız, həyata, insanlara və hadisələrə baxışlarımız çox vaxt üst-üstə düşsə də mən sənin üçün daim darıxıram.

Çünki səninlə ünsiyyət mənə heç vaxt bəs eləmir, sanki hər görüşümüzdən sonra: "Eybi yox, bu dəfə az danışdıq, gələn dəfə daha çox danışıb dərdləşərik" - deyə özümə təsəlli verir, növbəti görüşümüzdə daha açıq və səmimi olmağı düşünürəm. Ancaq növbəti dəfə, hətta sən yanımda ikən səninçün yenə darıxıram...

Bununla belə əminəm: sən məni hər zaman dinləməyə, mənə məsləhətinlə, əməlinlə kömək etməyə, mənə arxa durmağa hazırsan. Sən dünyalar qədər sevdiyim anamla məni və qardaşımı heç vaxt məqsədyönlü şəkildə tərbiyələndirməmisən, bizə sadəcə əqidəmizə, seçdiyimiz yola və məqsədə sadiq qalaraq xəyanət etməməyi, ikili standartlara uymayıb vicdanla yaşamağı, Vətən üçün çalışmağı öyrətmisən. Bununla belə məni necə varamsa eləcə sevən, dəyişmək və hansısa çərçivələrə salmaqdan uzaq olan, mənim xislətimi duyan və məhz buna görə dəyərləndirə bilən nadir insanlardansan. İstənilən problemimə şərik çıxıb onu çox güman ki, ürəyinə salan, amma bunu göstərməyib həmişə eyni sözləri: "Darıxma, bala, hər şey yaxşı olacaq" səbrlə təkrar edən əsas dayağımsan. Mən də bunu bilib darıxmıram. Çünki, bilirəm ki, sən varsan, darıxsam da, darıxmasam da, yanında olsam da, olmasam da yanımdasan. Buna görə də hər şey, əlbəttə ki, yaxşı olacaq...

Əziz ata, bir etirafım da qaldı, bu yazıda sonuncu və ən vacib etiraflardan biri. O da bundan ibarətdir ki, sən mənim üçün təkcə millətini və torpağını sonsuz və təmənnasız sevən əsl vətəndaş, ziyalı, maarıfçi və xeyirxah insan olmaqla yanaşı, həm də ailənə - valideynlərinə, xanımına, övladlarına, bacılarına və dostlarına münasibətdə necə sədaqətli, vəfalı və dürüst olmağı şüarsız flansız, sadəcə uzun illər boyu gündəlik həyatınla nümayiş etdirən bəlkə də yeganə nümunəsən.

... Yəqin ki, etiraf xarakterli bu məktub ad günün ərəfəsində yazıldığına baxmayaraq düşündüyüm kimi nikbin və ürəkaçan olmadı. Amma neyləyək... Həyatın özü də arzulanan kimi ürəkaçan olmur çox vaxt...

Bəlkə də mən peşəkar tənqidçi-alim olsaydım indi daha ağıllı və sanballı ifadələrdən istifadə edərdim. Ancaq mən sadəcə bir balaca yazmağı bacaran övladınam. Səni gözümü açandan bəri və illər keçdikçə həyatımda görməyə alışmış, bu həyatı sənsiz təsəvvür etmək belə istəməyən, bu gün və bütün gələcək ömrümüz boyu hər gün Allahdan sənə çox adi, amma adi olduğu qədər də əvəzsiz olan neməti - can sağlığını, uzun, məna dolu ömrü usanmadan diləyən qızın Günel...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
Bütün xəbərlər