...

Bakıda “Qıpçaq rəqsləri”nə baxa biləcəksiniz

Mədəniyyət Materials 31 Mart 2016 09:29 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar A.P.Borodinin “Qıpçaq rəqsləri” adlı baleti səhnəyə qoyulacaq.
Bakıda “Qıpçaq rəqsləri”nə baxa biləcəksiniz

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar A.P.Borodinin "Qıpçaq rəqsləri" adlı baleti səhnəyə qoyulacaq. Belə ki, tanınmış Rusiyalı quruluşçu baletmeyster və pedaqoq Aleksandra Tixomirova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən aprelin 1-dən Bakıya dəvət olunub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Tixomirova Teatrın balet truppasının sənətçiləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri ilə ustad dərsləri keçirəcək və Opera və Balet Teatrında bəstəkar A.P.Borodinin "Qıpçaq rəqsləri" adlı baletini səhnəyə qoyacaq.

A.Tixomirova N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının Xoreoqrafiya fakültəsini bitirmiş, Mariinski adına Dövlət Opera və Balet Teatrının balet truppasında çalışmışdır. Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra müxtəlif teatrlarda baletmeyster və repetitor kimi fəaliyyət göstərir. Hazırda Belorus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri və Sankt-Peterburq Dövlət Teatr sənəti Akademiyasının müəllimidir.

1997-2012-ci illərdə Rusiya, Estoniya, Finlyandiya və Belarusda 60-dan artıq tamaşaya quruluş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti