...

Bakıda İran Kinosu Günləri keçiriləcək

Mədəniyyət Materials 12 May 2016 14:08 (UTC +04:00)
Nazami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək.
Bakıda İran Kinosu Günləri keçiriləcək

Bakı. Trend:

Mayın 14-17-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nazami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək. Bu braədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və İran arasındakı mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını zəngin keçmişə malik İran kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan Kino Günləri çərçivəsində açılış günü, 14 may saat 18:00-da "143-cü çuxur", 15 may saat 19:00-da "Bir dişləm qənd", 16 may saat 19:00-da "Bu gün", 17 may saat 19:00-da isə "Nəqqaşlıq hovuzu" bədii filmləri tamaşaçılara təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti