...

Musiqi Mədəniyyəti Muzeyində və onun filiallarında "Açıq qapı" günləri başladı

Mədəniyyət Materials 18 May 2016 09:20 (UTC +04:00)
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında 18-22 may tarixlərində “Açıq qapı” günü elan ediləcək.
Musiqi Mədəniyyəti Muzeyində və onun filiallarında "Açıq qapı" günləri başladı

Bakı. Trend:

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında 18-22 may tarixlərində "Açıq qapı" günü elan ediləcək.

Trend-in məlumatına görə, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının (İKOM) tövsiyəsi ilə bu il 18 May - Beynəlxalq Muzeylər Günü "Muzeylər və mədəniyyət landşaftları" devizi altında qeyd olunur.

Bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində mayın 19-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Milli Konservatoriyası ilə birgə "Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması" mövzusunda elmi-praktik konfrans və muzeyin filialı olan Niyazinin mənzil muzeyində Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında "Dünyanın musiqi inciləri" adlı konsert keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti