...

“Ölülər” yeni quruluşda səhnəyə qayıdır (FOTO)

Mədəniyyət Materials 31 May 2016 11:55 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin növbəti premyerası olacaq.
“Ölülər” yeni quruluşda səhnəyə qayıdır (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin növbəti premyerası olacaq. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni tamaşa əsərin Hüseyn Ərəblinski tərəfindən 1916-cı ildə verilmiş səhnə quruluşun 100, Tofiq Kazımovun 1966-cı ildəki quruluşunun 50 və baş rolun ifaçısı Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunub.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

"Ölülər" tamaşasında xalq artistləri Nurəddin Mehdixanlı (Şeyx Nəsrullah), Laləzar Mustafayeva (Kərbəlayı Fatma) və Rafiq Əzimov (Məşədi Oruc), əməkdar artistlər Aslan Şirin və Elşən Cəbrayılov (Şeyx Əhməd), Kazım Abdullayev və Əli Nur (Hacı Həsən ağa), Hicran Nəsirova (Kərbəlayı Fatma), Sabir Məmmədov və Elşən Rüstəmov (Hacı Baxşəli), aktyorlar Anar Heybətov (İsgəndər), Xədicə Novruzlu (Nazlı), Rada Nəsibova və Ləman İmanova (Zeynəb), Canəli Canəliyev və Adil Dəmirov (Cəlal) və başqaları çıxış edirlər.

Tamaşada böyük bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 50 il əvvəlki səhnə quruluşu üçün bəstələdiyi musiqidən istifadə edilib. Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lentə alınmış musiqini simfonik orkestr üçün Əməkdar incəsənət xadimi Rauf Əliyev işləyib. "Şüştər" muğamı valtornada Andrey Sabayev və Kamran Quliyevin, "Vağzalı" milli rəqsi isə tarda Hacı Məmmədovun solo ifasında səslənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti