...

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti Beynəlxalq ASSİTEJ-in jurnalında

Mədəniyyət Materials 9 İyun 2016 17:12 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in iyun ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.
Gənc Tamaşaçılar Teatrının fəaliyyəti Beynəlxalq ASSİTEJ-in jurnalında

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in iyun ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayında həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub.

Elektron jurnalda Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin may ayının sonlarında iştirak etdiyi Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş "Гостиный двор" VIII Beynəlxalq Teatr Festivalı və Böyük Britaniyada fəaliyyət göstərən "UMUD Ltd Company" şirkətinin dəvəti ilə iştirak etdiyi qastrol səfəri haqqında ətraflı məlumat yer alıb. Aylıq jurnalda həmçinin, Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyevanın cari ilin iyun ayının 1-dən - 28-dək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbində iştirakı qeyd olunub.

Jurnalda son olaraq cari ilin iyun ayında teatrın ənənəvi olaraq Azərbaycanın bölgələrinə qastrol səfəri haqqında qeyd olunub. Qastrol səfəri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.

Məlumat üçün bildirək ki, bu elektron jurnalda Beynəlxalq ASSİTEJ-ə üzv olan dünyanın 108 aparıcı ölkəsinin teatr xəbərləri dərc olunur.

Elektron formatda yer alan materialı diqqətinizə təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti