Bakı. Trend:
2016-cı il "Formula 1" Avropa Qran Prisi çərçivəsində dünya musiqisinin ən məşhur ulduzlarından biri Enrike İqlesiasın Bakıda möhtəşəm konserti keçirilib.
Trend-in məlumatına görə, dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı təsnifat yarışları başa çatdıqdan sonra Dənizkənarı Milli Parkda yerləşən "Formula 1 şəhərciyi"ndə öz mahnıları ilə tamaşaçıları coşdurub.
"Latın Pop Musiqisinin Kralı" kimi tanınan ispan müğənni səhnədə özünün "Hero", "Bailamos" və "I Like It" kimi məşhur hitlərini səsləndirib.
"Formula 1" çərçivəsində Bakıda Enrike İqlesiasın konserti olub (FOTO)
2016-cı il "Formula 1" Avropa Qran Prisi çərçivəsində dünya musiqisinin ən məşhur ulduzlarından biri Enrike İqlesiasın Bakıda möhtəşəm konserti keçirilib.
.jpg)