...

Bakıda milli azlıqların festivalı keçiriləcək

Mədəniyyət Materials 24 İyun 2016 12:49 (UTC +04:00)
“Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalı keçiriləcək.
Bakıda milli azlıqların festivalı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

“Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə bildirilib ki, nazirlik müvafiq dövlət orqanları ilə birlikdə ölkəmizdə yaşayan xalqların və etnik qrupların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb.

Görülən işlərin davamı olaraq iyunun 28-30-da Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində 28-29 iyun tarixində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları, 30 iyun tarixində isə Heydər Əliyev Sarayında festivalın qala konserti keçiriləcək.

Bununla yanaşı, Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və foto-kataloqun təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda "dəyirmi masa"nın təşkili planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti