...

Bakıda ilk dəfə boy kuklaları şousu olacaq

Mədəniyyət Materials 5 İyul 2016 16:49 (UTC +04:00)
Moskvanın boy kuklaları şousu Bakıda ilk dəfə olaraq noyabrın 12-13-də Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi “Köpək patrulu”nun motivləri əsasında tamaşa təqdim edəcək.
Bakıda ilk dəfə boy kuklaları şousu olacaq

Bakı. Trend:

Moskvanın boy kuklaları şousu Bakıda ilk dəfə olaraq noyabrın 12-13-də Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi “Köpək patrulu”nun motivləri əsasında tamaşa təqdim edəcək.

Trend-in təşkilatçılardan aldığı məlumata görə, “Köpək patrulu” altı cəsur köpək balası və onlara başçılıq edən bir oğlandan ibarət komandadır. Zik Rayder və onun dördayaqlı dostları cəmiyyət naminə öz xidmətlərini layiqli aparırlar. Məzəli köpək balalarının yeni macəraları və şou tamaşaçıları parlaq və həyəcanlı tamaşa ilə sevindirəcək. Bu heyrətamiz əhvalat gənc tamaşaçılara xeyirxah, mərd, qayğıkeş olmağın, eləcə də özgə bəlaya biganə qalmamağın vacibliyi barədə bəhs edəcək.

Uşaqlar sevimli qəhrəmanları ilə görüşəcək, interaktiv oyunlarda iştirak edəcək və köpək balalarına bütün maneələrin öhdəsindən gəlməyə kömək edəcəklər.

Biletlərin qiyməti 5-49 manat arasında dəyişir. Biletlər şəhərin bütün kassalarında, “Asan Xidmət” mərkəzlərində və “Bazarstore” mağazalar şəbəkəsində (Xətai və 28 Mall filialları) satılır.

Arayış və biletlərin pulsuz çatdırılması üçün əlaqə telefonu: 050 354 90 54

Şounun informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti