...

"Nazlı" komediya filmi tamaşaçılarla görüşə gəlir (FOTO,VİDEO)

Mədəniyyət Materials 1 Avqust 2016 17:03 (UTC +04:00)
"Nazlı" ailəvi romantik komediya filminin ən ekstravaqant personajını Qorqud Cəfərli canlandıracaq.
"Nazlı" komediya filmi tamaşaçılarla görüşə gəlir (FOTO,VİDEO)

Bakı. Trend:

"Nazlı" ailəvi romantik komediya filminin ən ekstravaqant personajını Qorqud Cəfərli canlandıracaq.

Trend-in məlumatına görə, Q.Cəfərli bu filmdə özünü Jan Pol kimi təqdim edən, ancaq əsil adı Can Polad olan bir rəssamı canlandırır. Jan Pol obrazı çox parlaq, ekstrovaqant və hətta ekssentrik bir roldur. Bu obrazda həm drama, həm də komediyanın cəmləşdirildiyi bildirilir.

“Nazlı” filminin quruluşçu rejissoru, daha öncə Q.Cəfərli ilə “Maqis” serialında bərabər əməkdaşlığını qeyd edib: "Həmin serialda da Qorqud rəssam rolunu oynayırdı, ancaq orada onun obrazı daha dramatik yanaşmanı tələb edirdi. Qismət elə gətirdi ki “Nazlı” filmində də rəssam obrazını Qorqud canlandırır. Sadəcə, bu dəfə onun obrazı tamamilə fərqlidir. Çəkiliş meydançasında Qorqud Cəfərli bu obrazı o qədər gözəl və maraqlı canlandırırdı ki, bəzən meydançadan kənar olduğu halda belə, biz onun Qorqud yox, Jan Pol olduğuna inanırdıq".

Jan Pol Azərbaycan tamaşaçılarının qəlbini fəth edəcək və uzun müddət yadda qalacaq.

Xatırladaq ki, Q.Cəfərli həm gənc, həm də çox istedadlı teatr və kino aktyorudur. O, 1-ci və 3-cü Ümumrespublika teatr festivallarının (ən yaxşı aktyor) nominasiyalarının qalibidir.

Səhnədə yaratdığı obrazlar arasında “Xosrov və Şirin” – Xosrov obrazı, “Vaqif” – Vəzir, “Balaca Şahzadə” - Şahzadə obrazları xüsusilə seçilir. “Kuklalar” “Kabusun gözü ilə” kimi tammetrajlı., “Lala Skripka”, “İnkognito” kimi qısametrajlı filmlərdə rollar alıb. “Son Hədd”, “Döngələr”, ”Göyçək Fatimə”, ”Maqis”, ”Dəfnə Ağacı” kimi seriallarda müxtəlif obrazları canlandırıb.

Azərbaycan kinomatoqrafiyasında yeni dəst-xətt olacağı iddia edilən “Nazlı” tammetrajlı romantik ailəvi komediya filmi ən yaxın gələcəkdə işıq üzü görəcək.

​Filmin yaradıcı heyəti, filmdə iştirak edən və indiyə qədər gizli saxlanılan 4 - xalq və 3 - əməkdar artistin adlarını ən qısa zamanda açıqlayacaqlarını bildiriblər.

İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti