...

Arif Quliyevi ilin ən romantik komediyasında görəcəksiniz (FOTO/VİDEO)

Mədəniyyət Materials 24 Avqust 2016 17:23 (UTC +04:00)
“Nazlı” filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, filmdə çəkilən 4 xalq artistindən birinin adını açıqlayıb.
Arif Quliyevi  ilin ən romantik komediyasında görəcəksiniz (FOTO/VİDEO)

Bakı. Trend:

“Nazlı” filminin quruluşçu rejissoru Rəhman Rafiqoğlu, filmdə çəkilən 4 xalq artistindən birinin adını açıqlayıb. Bu Arif Quliyevdir.

Rejissor qeyd edib ki, Arif Quliyevi tamaşaçılara təqdim etməyə ehtiyac yoxdur: "Onun fəaliyyətindən balaca uşaqdan tutmuş yaşlı nəslə qədər hər kəsin xəbəri var. Nəzərinizə çatdırmaq istərdim ki, “Nazlı” filmində Arif Quliyevin xüsusi, sadəcə özünəməxsus yeri var. O, personajını böyük ustalıqla canlandırıb. Çəkiliş zamanı üzümüzdən təbəssüm əksik olmurdu. Öz müsbət enerjisi ilə hər kəsi sevindir və güldürürdü. Arif Quliyev peşəkar aktyorluq bacarığı və yaradıcılığı ilə minlərlə tamaşaçının rəğbətini qazanaraq Azərbaycanın incəsənət tarixinə öz adını böyük hərflərlə yazdırıb".

Rəhman Rafiqoğlu Arif Quliyev barəsində bunları da deyib: “Bu cür ustadlara, biz gənclər dəyər verməliyik, və unutmamalıyıq ki, bu şəxsiyyət, ömrünü insanlara təbəssüm və sevinc bəxş etməklə keçirir. Mən çox şadam ki, Arif müəllim bu layihədə bizimlə bərabərdir".

“Nazlı” Romantik komediyasında rol alan daha 3 xalq artistinin adı ən qısa zamanda açıqlanacaq.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti