...

Şəkidə gürcü teatrının balacalar üçün tamaşası (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2016 21:24 (UTC +04:00)
Bu gün Gürcüstanın Nodar Dumbadze adına Proffessional Dövlət Gənclər Teatrı balaca tamaşaçılara Coakkino Rossininin “Seviliya bərbəri” əsərini təqdim edib.
Şəkidə gürcü teatrının balacalar üçün tamaşası (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Gürcüstanın Nodar Dumbadze adına Proffessional Dövlət Gənclər Teatrı balaca tamaşaçılara Coakkino Rossininin “Seviliya bərbəri” əsərini təqdim edib.

Şəki İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, canlı aktyorların və kukla personajların birlikdə rol aldıqları tamaşanın quruluşçu rejissoru Beso Kupreişvili, quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Zviad Qaqloşvili və Quri Zakareişvilidir.

Tamaşada əsas rolları Denis Xlibov, Edmond Qabedava, Nino Papiaşvili və başqaları canlandırıblar. Səhnə əsəri balaca tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda teatrın kollektivinə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.

Sentyabrın 21-də Şəki teatrının səhnəsində gündüz saatlarında Azərbaycan Dövlət Kukla Teatrının, axşam isə Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti