Bakı. Trend:
“Yeni nəfəs-II” qısametrajlı ssenari müsabiqəsi davam edir. Bu barədə Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilir ki, İttifaq bu müsabiqəni gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə elan edib.
İttifaqdan verilən məlumata görə, “Yeni nəfəs-II” qısametrajlı ssenari müsabiqəsinin vaxtı sentyabr ayının 31-ə qədər uzadılıb. Yaşı 35-dək olan gənclər 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda - bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap variantında 31 sentyabr 2016-cı il tarixinədək müsabiqəyə təqdim edə bilər.
Qaydaya əsasən Qran Pri 3000 manat
- birinci yer 2000 manat,
- ikinci yer 1500 manat,
- üçüncü yer 1000 manat məbləğində mükafatlandırılacaq.
Qran Pri ssenarinin ekranlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqənin bitməsinə 10 gün vaxt qalıb. Müsabiqənin nəticələri oktyabr ayında açıqlanacaq.