...

Babək və Nəsiminin sirri (FOTO/VİDEO)

Mədəniyyət Materials 10 Oktyabr 2016 14:44 (UTC +04:00)
“Nazlı” tammetrajlı romantik komediya filminin çəkilişləri bitdi. Bu barədə Trend Life xəbərlər agentliyinə “Zaratustra film” mətbuat xidmətindən xəbər verilib.
Babək və Nəsiminin sirri (FOTO/VİDEO)

Bakı. Trend:

“Nazlı” tammetrajlı romantik komediya filminin çəkilişləri bitdi. Bu barədə Trend Life xəbərlər agentliyinə “Zaratustra film” mətbuat xidmətindən xəbər verilib.

Sirri açmağın vaxtı gəlib çatdı. “Zaratustra film” tərəfindən çəkilən “Nazlı” romantik komediyasında baş rollardan birini oynayan dördüncü xalq artistinin adı açıqlandı. Filmin baş qəhramanı Nazlının atası obrazını Azərbaycanın Xalq Artisti, Dövət Mükafatı laureti, Ümumittifaq Film Festivalının "İş fəaliyyətini göstərən ikinci mükafatı" laureatı, görkəmli aktyor Rasim Balayev canlandıracaq.

Heç ağlıma da gəlməzdir ki, bir vaxt mən qocaman, dahi sənətkar Rasim Balayevlə bir yerdə yaradıcılıq fəaliyyəti ilə məşqul olaram. Ancaq bu gün də gəldi və mən bu şərəfə nail oldum. Açığı, yuxuma da girməzdir ki, Babək və Nsimi eyni simada, Nazlının milyonçu atasını canlandıracaq. Bu sözləri filmin quruluşçu rejissoru Rəhman Rafiqoğlu müsahibəsində Trend xəbərlər agentliyinə dedi. Ama gəlin hər barədə sırayla danışaq... Əvvəldən bu rol üçün mən, yaxın dostum olan müğənni Arzu Rzayevlə danışıqlar aparırdım. Ancaq çəkiliş komandamızla bu barədə müzakirə edərkən, baş produser Murad Məhərrəmli və kasting direktorumuz Azər Əkbərov bu rola Rasim Balayevi dəvət etməmizi təklif etdilər. Əlbətdə ki, mən gülümsəyərək, bunun mümkün olmadığını və Rasim Balayevin razı olmayacağını bildirdim. Ancaq... mənim və ailəmizin yaxın dostu olan Əməkdar Artisti Elxan Qasımov bu dəfə də, yenidən bizim köməyimizə çatdı.

Bir həftə, on gün sonra biz Rasim müəllimlə Cəfər Cabbarlı adına “Azərbaycan Kinostudiyası”nda görüşdük. Rasim Balayev bildirdi ki, ssenarini bəyənib və bu rol üçün öz razılığını verir. Sözün açığı mən bir anlıq şoka düşdüm. Təbii ki sevincdən. Biz əmkdaşlığa başladıq. Çəkilişlər zamanı Rasim Balayevlə çox maraqlı anlar yaşadıq , əlbətdə ki, sənətkardan bacardığımız qədər təcrübə almağı çalığdıq və sözün açığı çox şey öyrəndik. Qısaca desək Rasim Balayevlə qısa olsada – gözəl maraqlı, gülməli və mənalı çəkiliş günlərimiz keçdi. Hal hazırda çəkilişlər artıq yekunlaşıb və mən bizlə keçirdiyi günlərə və bizə göstərdiyi etimada görə Rasim Balayevə dərin minnətdarlığımı bildirirəm.

Filmin Qala Gecəsi bu ilin Noyabr ayına planlaşdırılır.

“Nazlı” Romantik komediyasında baş rollarda Dövlət Akademik Dram Teatrının aktyoru Ülvi Həsənli (İsmayıl) və ən gənc və çox istedadlı aktrisalardan biri olan Xumar Səlimova (Nazlı) çəkilirlər. Filmdə görkəmli aktyor tandemi müşahidə ediləcək, beləki Baş qəhrəman İsmayılın Atasını –Respublikamızın Xalq artisti Fuad Poladov, İsmayılın dayısını - Xalq Artisti Mabud Məhərrəmov, qonşu traktorçu rolunu – xalq artisti Arif Quliyev, canlandıracaqlar. Əsas rollardan biri sayılan ekstrovaqant və ekssentrik Jan Pol obrazını Respublikamızın müxtəlif müsabiqələrinin qalibi Qorqud (Qoqi) Jəfərli oyynayır.

Bundan əlavə “Nazlı” romantik komediya filmində Mehriban Xanlarova, Naidə Orucova, Fərid Əliyev kimi, Respublikanın əməkdar artistlərin müxtəlif rolları bölüştürürlər.

Quruluşçu rejissor – Rəhman Rafiqoğlu, ssenari müəllifləri - Rəhman Rafiqoğlu, Tural Fitat, quruluşçu operator – Əli Sultanov, baş produser – Murad Məhərrəmli.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti