...

Qriqori Lepsin Bakıda konserti və ya hər bir səsdə şarm, ekspressiya və güc olanda... (FOTO)

Mədəniyyət Materials 19 Noyabr 2016 14:22 (UTC +04:00)
Q.Leps iki ildən sonra yenidən Bakıda Heydər Əliyev Sarayında anşlaqla və tamaşaçıların gurultulu alqışları ilə keçən “The Best” adlı böyük solo konsertlə çıxış edib.
Qriqori Lepsin Bakıda konserti və ya hər bir səsdə şarm, ekspressiya və güc olanda... (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Qriqori Leps çıxışı daim “möhtəşəm konsert” və “misilsiz şou” kimi epitetlərlə göstərilən ifaçılardandır. Q.Lepsin hər bir konserti istənilən şəhərin musiqi həyatında əsl hadisəyə çevrilir.

Trend-in məlumatına görə, Q.Leps iki ildən sonra yenidən Bakıda Heydər Əliyev Sarayında anşlaqla və tamaşaçıların gurultulu alqışları ilə keçən “The Best” adlı böyük solo konsertlə çıxış edib.

Q.Leps ən yaxşı mahnılarını yalnız onun özünə məxsus tərzdə ifa edib, pərəstişkarları onu məhz bu tərzinə görə çox sevirlər. Diapazon və kolorit üzrə unikal vokala, nadir xarizmaya və güclü enerjiyə malik Q.Leps konsertlərdə eksperimentlərə qarşı həvəsli və son dərəcə fədakardır. O təkcə müğənni deyil, o, müstəsna artistdir!

Onun əlində mikrofon olarkən bütün zal vahid birləşmiş məkana çevrilir, həmin məkanın emosiyalarını isə heyrətamiz artist məharətlə idarə edir. Q.Lepsin xüsusi unikal səs tembri istənilən dinləyicinin ürəyinin dərinliklərinə yol açır. Onun mahnıları güclü emosional coşğu və qarşısıalınmaz enerjidir ki, bu da ən müxtəlif publikaya təsir edir.

Konsert kiçik antraktla birlikdə iki saat davam edib, artistin musiqiçiləri konsert zamanı əsl şou göstəriblər. Gitaraçı, barabançı və bas-gitaraçı səhnədə inanılmaz şeylər edirdilər, bundan necə dəyərlər insanın nəfəsi kəsilirdi!

Q.Lepsin mahnıları tamaşaçılara hər cür emosiya, həyəcan, hiss verirdi: kədərdən və sevincdən nostaljiyədək. Enerjili mahnılar daha lirik, hətta fəlsəfi mahnılarla əvəz edilirdi. Bakı publikası səhnəyə gül dəstələri götürürdü, hər bir kompozisiyadan sonra gur alqışlayırdı, buna cavab olaraq isə artist zalla qarşısıalınmaz enerjisini səxavətlə bölüşərək etinasız yanaşmırdı. Axı hər bir mahnı gərilmiş, cingiltili sinirdir. Hər bir səsdə şarm, ekspressiya və güc var...

İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti