...

Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert olacaq

Mədəniyyət Materials 2 Dekabr 2016 18:12 (UTC +04:00)
Dekabrın 24-də Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı keçiriləcək.
Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert olacaq

Bakı. Trend:

Dekabrın 24-də Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı keçiriləcək.

Saraydan Trend-ə verilən məlumata görə, konsertdə tanınmış estrada və xalq mahnılarının ifaçıları Xalq artistləri Mələkxanım Eyyubova, Ağadadaş Ağayev, Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Nurlan Növrəsli, Aşıq Samirə, Xəyyam Mustafazadə, müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Elnur Məmmədli, Nazənin, Nicat Cəfərzadə, Kənan Qədimov, Natavan Həbibi və meyxanaçı Vüqar Əbdulov iştirak edəcəklər.

Biletlərin qiyməti 10-30 manatdır. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti