Bakı. Trend:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Oskar" mükafatı alan "Kommivoyajer" ("Satıcı") filminin yaradıcı heyətini təbrik edib.
Trend-in məlumatına görə, nazir "Tvitter"dəki səhifəsində yazıb:
"Oskar" aldıqlarına görə İranın çəkiliş qrupunu təbrik edirəm".
Qeyd edək ki, İranın "Kommivoyajer" filminin rejissoru Əsgər Fərhadi "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.
Bu, Ə.Fərhadinin ikinci "Oskar"ıdır. Onun "Nadir və Siminin boşanması" filmi 2012-ci ildə həmin nominasiyada mükafat almışdı.