...

İkinci Buktreyler Festivalında iştirak şərtləri

Mədəniyyət Materials 1 Mart 2017 18:17 (UTC +04:00)
İkinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb.
İkinci Buktreyler Festivalında iştirak şərtləri

Bakı. Trend:

Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalda iştirak şərtləri aşağıdakılardır:

Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;

Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

xronometrajı: max. 5 dəqiqəyədək;
formatı: mpeg4, mpeg, mpg, avi, wmv;
minimal ölçüsü: 1080p Full HD (1920x1080);
media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
əvvəldə Festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;
sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı yerləşdirilməlidir;
Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir.

Buktreylerlər https://goo.gl/NIM9Sh qeydiyyatdan keçirilməlidir.

Son müraciət tarixi: 10 Aprel, 2017

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti