...

Romada Azərbaycanın memarlıq abidələrinə həsr olunan sərgi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 May 2017 15:51 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Roma şəhərində Azərbaycanın müasir memarlıq abidələrinə həsr olunmuş sərgi nümayiş etdirilib.

Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

11-12 may tarixlərində Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” QHT-nin təşkilatçılığı ilə “Gələcəyin Şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib. Şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələrinə həsr edilmiş sərgi təşkil olunub.

Tədbir zamanı Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Zaur Gədiməliyev çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına “Bakı Ağ Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti