...

Gənc pianoçuların III respublika müsabiqəsinin Milli Qurtuluş Gününə həsr olunan konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 15 İyun 2017 16:45 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III respublika müsabiqəsinin Qurtuluş gününə həsr olunmuş yekun konserti keçirilib.
Gənc pianoçuların III respublika müsabiqəsinin Milli Qurtuluş Gününə həsr olunan konserti keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Gənc pianoçuların III respublika müsabiqəsinin 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş yekun konserti keçirilib.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci ilin 1-23 may tarixində gənc pianoçuların ənənəvi respublika müsabiqəsi təşkil edilib. Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndirib.

Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri müsabiqənin müxtəlif diplomlarına layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti