Bakı. Trend:
Şəkinin tarixi hissəsi YUNESKO-nun Dünya İrsi Siyahısına salına bilər.
Trend-in məlumatına görə, Şəkinin tarixi hissəsi, o cümlədən Şəki Xan Sarayı Dünya İrsi Siyahısına daxil edilməsi üçün namizədlərin siyahısında yer alıb.
Məsələ təşkilatın iyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində keçiriləcək Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında müzakirə olunacaq.