...

İlqar Əliyevin model məktəbinin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 3 Avqust 2017 20:46 (UTC +04:00)
"Best Model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyevin model məktəbinin təqdimatı olub.
İlqar Əliyevin model məktəbinin təqdimatı olub (FOTO)

Bakı. Trend:

"Best Model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyevin model məktəbinin təqdimatı olub.

Trend-in məlumatına görə, bir çox tanınmış simaların, məşhur modellərin qatıldığı təqdimat mərasimi sürprizlərlə dolu olub.

"Khazar golden beach Hotel”də baş tutan "Ilqar Aliyev Models Fashion Night” adlı təqdimat mərasimində əvvəlcə məktəbin 40-a yaxın tələbəsi ilk dəfə olaraq səhnəyə çıxıb.

Modellərin nümayişindən sonra səhnəyə Yaşar Yusub, Nara White çıxıb.

İ.Əliyev mərasimdə çıxış edərək bildirib ki, bu məktəbi açmaqda məqsəd yeni aktyor və modellər yetişdirməkdir: "Biz məktəbimizdə yeni aktyorlar və modellər yetişdiririk. Belə simalara ehtiyacı olan təşkilatlar bizimlə əlaqə yarada, simalar üçün müraciət edə bilərlər. Bundan başqa, məktəbimizə qəbul başlayır. Qəbul avqust ayının sonundan etibarən aparılacaq”.

Məktəbin rəhbəri bildirib ki, qısa zamanda layihəyə maraq kifayət qədər çoxdur: "Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Həm də yerişin, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Biz istəyirik ki, hər kəs gözəl görünsün, gözəl danışsın. Bu, cəmiyyətə pozitiv enerji ötürür, insanların əhval-ruhiyyəsini yaxşılaşdırır. Eyni zamanda millətimiz barədə yüksək fikir formalaşdırır. Qoy bizim ölkəmizə gələn turistlər hər kəsi baxımlı, yaraşıqlı və öz bədəninin dilini bilən müasir insanlar kimi yadda saxlasınlar”.

İ.Əliyev əlavə edib ki, bu layihəni daha genişləndirmək fikri var: "İdeyalarımız böyükdür. İnanıram ki, dostlarımızın köməyi ilə başladığımız işi genişləndirəcəyik və bununla da cəmiyyətə müəyyən töhfələrimizi verə biləcəyik”.

Gecənin sonuna yaxın modellərə İlqar Əliyev tərəfindən diplomlar təqdim olunub. Gecə DJ Rullerlə davam edib.

Informasiya dəstəyi Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti