...

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək (FOTO)

Mədəniyyət Materials 28 Avqust 2017 20:10 (UTC +04:00)
Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək (FOTO)

Bakı. Trend:

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda Azərbaycanı Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək.

Teatrdan Trend-ə verilən məlumata görə, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək.

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.

"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti