...

"Miss & Mister Turkvision-2017" gözəllik müsabiqəsinin qalibləri müəyyən olunub (FOTO)

Mədəniyyət Materials 4 Sentyabr 2017 12:31 (UTC +04:00)
Ölkəmizdə "Miss & Mister Turkvision-2017" yarışmasının qalibləri müəyyən olunub.
"Miss & Mister Turkvision-2017" gözəllik müsabiqəsinin qalibləri müəyyən olunub (FOTO)

Bakı. Trend:

Ölkəmizdə "Miss & Mister Turkvision-2017" yarışmasının qalibləri müəyyən olunub.

Trend-in məlumatına görə, Spring Hotel Novkhanı-da keçirilən yarışın final şousunda 12 qız və 12 oğlan mübarizə aparıb.

Xarici görünüşünə güvənən iştirakçılar münsiflər heyətinin rəğbətini qazanmağa çalışıblar. Nəticədə ən çox xal toplayan Həvva Hüseynova və Məhərrəm Abbasov qalib olublar. Müsabiqdə ikinci yerə Milana Əsgərova və Aydın Ağammədov sahib çıxıblar. Üçüncü yeri isə Aysel Hümbətova və Bislan Mütəllibov tutublar.

Layihə rəhbəri Orxan Tənahirlinin sözlərinə görə, bu gözəllik müsabiqəsi digərlərindən çox fərqlənir: "Bu layihə üzərində aylardır çalışırdıq. Kollektivdə çalışan insanların hər birinin böyük əziyyəti oldu. Nəhayət ki, yarışın final gecəsi baş tutdu və layiq olan iştirakçılar qalib adını qazandılar." Yarışmanın münsif kürsüsündə "Premium Travel Group"unun direktor muavini Aynur Məhərrəmova, Dünya Gözəllik Konqresinin Qafqaz üzrə direktoru, təşkilatçı Aqil Məmiyev, fashion dizayner Sako Abbasov, müğənni Fərid Həsənov, "ST Models School"un prezidenti, layihə rəhbəri Süleyman Tənahirli, stilist-vizajist Nərmin Abbaslı, Miss Turkvision 2016-nın qalibi Şövkət Əsədullayeva, stilist Ainka Abdullayeva, "Star Kids Group"un direktoru Aygün Əliyeva, stilist-vizajist Gül Kərimova, biznes-ledi Ülkər Cəfərova və Best Model Of Azerbaijan 2016 Zəhra Qaraxanova əyləşiblər. Gecənin aparıcıları Vüqar Səfərli və İlahə Məmmədzadə idi.​

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti