...

“Muğam axşamları” layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək

Mədəniyyət Materials 5 Oktyabr 2017 22:20 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək
“Muğam axşamları” layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzi 2017-ci ildə də konsert fəaliyyəti ilə yanaşı bir neçə yeni layihələrə start verib.

“Muğam axşamları” adlı möhtəşəm layihə də onlardan biridir.

Layihənin birinci mərhələsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 7 əsas muğam - “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Hümayun” səslənib. 7 əsas muğamın təqdimatında xalq artisti Zabit Nəbizadə, əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar müəllim Qəzənfər Abbasov, əməkdar artist Sevinç Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Aytən Məhərrəmova, Hüseyn Məlikov, Mirələm Mirələmov, Ramiq Bayramov və başqaları iştirak ediblər.

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin yeni təqdimatı olacaq. 11 oktyabrdan başlayan və 27 dekabrda yekunlaşan layihədə “Mahur-hindi”, “Bayatı-Kürd”(11 oktyabr), “Orta Mahur”, “Rahab”(1 noyabr), “Bayatı-Qacar”, “Şahnaz”(15 noyabr), “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”(29 noyabr), “Xaric Segah”(6 dekabr) muğamları, “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”(13 dekabr), “Ovşarı”, “Arazbarı”(27 dekabr) kimi zərb muğamları səslənəcək.

Mədəniyyət kanalı, Azərbaycan radiosu, Azərtac, “Bakı” jurnalı, Day.az, Milli.az, Trend.az “Muğam axşamları” layihəsinin informasiya tərəfdaşlarıdır.

Biletləri şəhərin kassalarında və iticket.az saytında eldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti