...

“Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 18 Oktyabr 2017 20:13 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət kanalının təşkilatçılığı ilə “Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib.
“Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət kanalının təşkilatçılığı ilə “Yeni romanslar” müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin əvvəlində Mədəniyyət kanalının direktoru, müsabiqənin təşəbbüskarı Ramil Qasımov və əməkdar incəsənət xadimi Elnarə Dadaşova çıxış edərək, layihənin romans janrına, ümumiyyətlə Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

R.Qasımov çıxışında həmçinin qeyd edib ki, ölkəmizdə keçirilən muğam müsabiqələri, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Musiqi Festivalı, Cazz Festivalı ölkə rəhbərliyinin mədəniyyətimizə verdiyi önəmin, diqqət və qayğının əyani sübutudur. Adları çəkilən müsabiqələrdə gənclərin iştirakına hər il getdikcə daha da çox yer verilir. Muğam müsabiqələrində gənc və istedadlı xanəndələrin üzə çıxarılması, il boyu şəhərimizdə baş tutan müxtəlif tədbirlərdə, forumlarda, konsertlərdə gənclərin yüksək səviyyədə iştirakı dövlətimizin gənclər siyasətinin əyani sübutudur.

Prezident İlham Əliyevin gənclər siyasəti hər bir sahədə, həmçinin mədəniyyət sahəsində də özünü əks etdirir. Bütün dövlət müəssisələrində gənclərə göstərilən diqqət, onlara göstərilən etimad Azərbaycan Telelviziyasında da hər zaman müxtəlif layihə və verilişlərlə özünü biruzə verir.

R.Qasımov həmçinin “Romans” müsabiqəsinin də keçirilməsi və gənc bəstəkarlara göstərilən diqqətin bu siyasətin bir qolu olduğunu vurğulayıb. Bütün dövlət müəssisələrində gənclərə böyük etimad, diqqət və qayğı göstərilir. Bu müsabiqənin də keçirilməsində, gənclərə göstərdiyi dəstəyə, yaratdıqları şəraitə görə Azərbaycan Televiziyası rəhbərliyinə təşəkkürünü bildirib.

R.Qasımov çıxışında vurğulayıb ki, müsabiqədə seçilən on nəfər bəstəkarlardan səkkizi gənclərdir və bu gənclərdən dördü Azərbaycan Televiziyasında işə qəbul ediliblər. Həmçinin həmin bəstəkarlar tərəfindən yazılan seçilmiş bu romansların Azərbaycan vokalçılarının repertuarını zənginləşdirəcəyini, romans janrına böyük töhfə verəcəyini bildirib.

Daha sonra həmin romanslardan ibarət konsert proqramı baş tutub.

Bu ilin iyun ayında elan olunan “Romans janrı üzrə müsabiqə”də iştirak edən bəstəkarlar arasından on ən yaxşı əsər pul mükafatına layiq görülüb. Həmin romanslar təqdimetmə mərasiminin sonunda tanınmış vokalçılar tərəfindən tamaşaçılara təqdim olunub və böyük rəğbətlə qarşılanıb.

Gələcəkdə də belə layihələrin, müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti