...

Bakıda fransalı akkordeon ifaçısının eksklüziv konserti olacaq

Mədəniyyət Materials 20 Oktyabr 2017 10:22 (UTC +04:00)
Fransalı akkordeon ifaçısı Rişar Qalyanonun eksklüsiv konserti keçiriləcək.
Bakıda fransalı akkordeon ifaçısının eksklüziv konserti olacaq

Bakı. Trend:

Bakıda oktyabrın 25-də fransalı akkordeon ifaçısı Rişar Qalyanonun eksklüsiv konserti keçiriləcək.

Bu barədə Trend-ə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, ifaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Simfonik Orkestri müşayiət edəcək.

Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində və Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu tərəfindən təqdim edilir.

Biletlərin qiyməti - 50-400 AZN-dir.

Biletləri onlayn şəkildə almaq üçün https://iticket.az/ru/categories/jazz-festival

Məqalədə:
Xəbər lenti

Xəbər lenti