...

Xalq artisti Eldəniz Zeynalovun 80 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 25 Oktyabr 2017 20:18 (UTC +04:00)
xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Xalq artisti Eldəniz Zeynalovun 80 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, tədbir oktyabrın 27-də, saat 15:00-da Mərdəkan Mədəniyyət Sarayında təşkil olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış mədəniyyət xadimləri, elm və təhsil işçiləri və aktyorun ailə üzvləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti