...

Beynəlxalq Muğam Mərkəzində ”Muğamat var olan yerdə” layihəsi davam edir (FOTO)

Mədəniyyət Materials 27 Oktyabr 2017 20:06 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində”Muğamat var olan yerdə” layihəsi davam edir.
Beynəlxalq Muğam Mərkəzində ”Muğamat var olan yerdə” layihəsi davam edir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi keçən mövsümdə olduğu kimi 2017- ci ilin yeni mövsümündə də bir neçə layihələrə start verir.

Bunlardan biri də Beynəlxlaq Muğam Mərkəzinin və Mədəniyyət kanalının “Muğamat var olan yerdə”adlı layihəsidir.

Beynəlxalq Muğam Mərkəzinin bu layihəsi çərçivəsində oktyabrın 26 –da VI televiziya Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımovun konserti keçirilib.

Konsert Pərviz Qasımovun “Mirzə Hüseyn segahı”nın ifası ilə açılıb. Daha sonra xanəndə “Dilkeş”, “Şikəsteyi-fars” təsniflərini,”Dəli ceyran”,”Xumar oldum”(xalq mahnıları),”İlk məhəbbət”(Habil Əliyev), ”Yaşa məhəbbətim, yaşa ürəyim” (Əlibaba Məmmədov) mahnılarını ifa edib.

Uğurla, tamaşaçıların alqışları ilə keçən solo-konsert Pərviz Qasımov və onun muğam müəllimi, əməkdar artist Təyyar Bayramovun birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi” ilə sona yetib.

Xanəndəni “Uğur” ansamblı müşaiyət edirdi. Konserti Altay Niftəliyev (ansamblın bədii rəhbəri,tarzən), Araz Ağaverdiyev(kamança), Aysu Sadıqova( qanun), Qalib Həşimov(ud), Valeh Aslanov(piano), Süleyman Əliyev(Balaban), Ramin Abdullayev(nağara), Tərlan Mürşüdov(qoşa-nağara) müşayiət ediblər.

Mədəniyyət kanalı, Azərbaycan radiosu, Azərtac, “Bakı” jurnalı, Day.az, Milli.az, Trend.az “Muğamat var olan yerdə” layihəsinin informasiya dəstəyidir.

Noyabrın 1- də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları”layihəsi çərçivəsində “Orta Mahur” və “Rahab” muğamları ifa ediləcək. Biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti